ABŞ və İran nüvə sazişinin əsas şərtləri üzrə razılığa yaxınlaşıb
ABŞ və İran arasında uzun müddətdir müzakirə olunan nüvə sazişinin əsas konturları üzrə razılıq əldə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Məlumata görə, tərəflər dörd əsas məsələ üzrə ortaq mövqeyə yaxınlaşıblar. Bunlara İranın uranın zənginləşdirilməsini 15 il müddətinə dayandırması, MAQATE-nin nəzarəti altında mövcud zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması, bəzi nüvə infrastrukturunun sökülməsi və beynəlxalq müfəttişlərin gözlənilməz yoxlamalar aparmasına icazə verilməsi daxildir.
Razılaşmaya əsasən, İran bir nüvə obyektini saxlayacaq, digər obyektlər isə söküləcək. Eyni zamanda, ölkəyə dinc məqsədli nüvə fəaliyyətini davam etdirməyə icazə veriləcək.
01:25 10.06.2026
Oxunuş sayı: 49