ABŞ: İran helikopteri vurmaqla Trampın "qırmızı xəttini" keçib
İran Hörmüz boğazı yaxınlığında ABŞ Apaçi helikopterini vurmaqla ABŞ prezidenti Donald Trampın "qırmızı xəttini" keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Ev müxbiri Peter Ducy "Fox News"-a verdiyi açıqlamada bildirib.
O Tramp hücuma cavab olaraq İrandakı əsas hədəflərə zərbə endirməyi düşündüyünü bildirib.
Ducy qeyd edib ki, cəmi bir neçə gün əvvəl Oval Ofisdə Amerika əsgərlərinin ölümünün ABŞ-nin İrana qarşı yenidən isti müharibəyə səbəb olub-olmadığını müzakirə ediblər.
Jurnalist heç bir Amerika əsgərinin öldürülmədiyini vurğulayıb, lakin Tehranın hərəkətlərinin onları öldürmək cəhdi kimi göründüyünü qiymətləndirib.
"Görünür, İran onları öldürmək üçün həqiqətən çox çalışırdı, çünki onlar Apaçi helikopterini vurublar"-deyə, Ducy deyib.
23:05 09.06.2026
Oxunuş sayı: 52