KİV: İsrail ordusu yenidən İrana hücum etməyə hazırdır
İsrail ordusu yenidən İrana hücum etməyə hazırdır.
Crossmedia.az “The Times of Israel”-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.
O bildirib ki, İranın yeni tənliklər diktə etmək, reallığı dəyişmək cəhdləri uğurlu alınmayacaq və İsrail ordusu “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək.
“İsrail ordusu İranla döyüşə qayıtmaq üçün çevik hazırlığa malik olub və indi də malikdir. Biz İrana daha bir ağır və dərin zərbə vurmağa hazırıq”, - Eyal Zamir vurğulayıb.
Onun sözlərinə görə, İrana endirilən zərbələr daha əhəmiyyətli və şiddətli hücumlar üçün hazırlıq idi.
21:13 09.06.2026
Oxunuş sayı: 60