İsrailin etirazlarına rəğmən ABŞ İranla danışıqlara davam edəcək
İsrailin etirazlarına rəğmən ABŞ İranla danışıqlara davam edəcək.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib: "İranla anlaşmaq iradəsinə malik olduğumuzu düşünürük. Bu biraz uzun danışıqlar prosesidir".
O, qeyd edib ki, bu İsrailin xoşuna gəlməyə bilər.
"Lakin bu onların biləcəyi işdir, Birləşmiş Ştatlar hər şeydən öncə İsrailin yox ABŞ-nin maraqlarını əsas götürür"-deyə, Vens bildirib.
20:53 09.06.2026
Oxunuş sayı: 60