Cabbar Musayevdən yeni qərar: Yol fondunun vəsaiti qaytarılır
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitlərinin Naxçıvan Muxtar Respublikasında xərclənməsi qaydalarında dəyişiklik edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.
Qərara əsasən, fondun hesabında ilin sonuna qalan, istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.
Daha əvvəl isə fondun hesabında ilin sonuna qalan vəsait növbəti ildə onun gəlirlərinə daxil edilirdi. (Trend)
15:06 09.06.2026
Oxunuş sayı: 48