Bəhreyn İranın raket hücumlarını pislədi
Bəhreyn İranın raket hücumlarını qətiyyətlə pislədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyinin bəyanatında səhər saatlarında Bəhreyn və Küveyt istiqamətində yeddi ballistik raketin buraxıldığı bildirilib.
Məlumata görə, raketlərin hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Bəyanatda qeyd olunub ki, hücumlar Bəhreyn və Küveytin suverenliyinin açıq şəkildə pozulması olmaqla yanaşı, BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına ziddir.
“Təhlükəsizlik raketlər və dronlarla qurula bilməz, sabitlik isə mina yerləşdirməklə qoruna bilməz”, – deyə açıqlamada vurğulanıb.
Bəhreyn XİN İranı hücumları dərhal dayandırmağa, gərginliyi azaltmağa və Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün tam açmağa çağırıb.
15:51 06.06.2026
Oxunuş sayı: 55