ABŞ İran millisinin bütün nümayəndə heyətinə viza verməyib
ABŞ İran millisinin bütün nümayəndə heyətinə viza verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ hökuməti 2026-cı il futbol üzrə dünya çempionatı öncəsi İran milli komandasının oyunçularına və əsas texniki heyət üzvlərinə viza verib. Lakin nümayəndə heyətinin bütün üzvləri bu icazəni ala bilməyib.
Nəşrin yazdığına görə, turnirdə iştirak üçün zəruri hesab edilən futbolçuların və əsas dəstək heyətinin vizaları təsdiqlənib.
ABŞ rəsmisi məsələyə münasibət bildirərək qeyd edib ki, İran millisinin dünya çempionatında iştirakı üçün tələb olunan vizalar təqdim olunub.
“İranın Dünya Kubokunda iştirakı üçün lazım olan vizalar, o cümlədən oyunçular və əsas dəstək heyəti üçün vizalar verilib. Lakin bu mexanizmdən sui-istifadə edilərək terrorçuların saxta bəhanələrlə ABŞ-yə gətirilməsinə icazə verməyəcəyik”, – deyə rəsmi bildirib.
Qeyd olunur ki, İran yığmasının turnir ərəfəsində əsas hazırlıq bazası Meksikada yerləşəcək. Komanda dünya çempionatının oyunları üçün ABŞ-yə məhz Meksikadan yollanacaq.
15:40 06.06.2026
Oxunuş sayı: 63