İran AEBA-nı siyasi təzyiq göstərməkdə ittiham edib
İran AEBA-nı siyasi təzyiq vasitələrindən istifadə etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi agentliyi texniki hesabatlardan siyasi məqsədlər üçün istifadə etməməyə çağırıb.
Qəribabadi bildirib ki, AEBA İranın nüvə proqramına münasibətdə yalnız peşəkar və texniki yanaşma nümayiş etdirməlidir.
Onun sözlərinə görə, bəzi nüvə obyektlərinə nəzarət imkanlarının məhdudlaşması Tehranla əməkdaşlığın dayanması ilə deyil, həmin obyektlərə qarşı həyata keçirilən hücumlarla bağlıdır.
İran rəsmisi əlavə edib ki, agentlik ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələrinin nəticələrindən istifadə edərək ölkənin nüvə proqramı ətrafında qeyri-müəyyənlik yaratmağa çalışır.
15:28 06.06.2026
Oxunuş sayı: 53