Ermənistanda seçkilərdə iştirak edəcək kişilərlə bağlı yeni iddia
Ermənistanda seçkilərlə bağlı yeni iddialar gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, yayılan məlumatlara əsasən, parlament seçkilərində iştirak etmək üçün ölkəyə gələn hərbi yaşda olan kişilərin daha sonra Ermənistanı tərk etməsinə icazə verilməyə bilər.
İddialara görə, söhbət müəyyən siyasi qüvvələrin təşkil etdiyi və “düzgün” səsvermə üçün ölkəyə gətirildiyi bildirilən şəxslərdən gedir. Məlumatda qeyd olunur ki, həmin şəxslər sərhəddə pasportlarındakı seçki iştirakını göstərən möhürlər vasitəsilə müəyyən edilə bilər.
Rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib.
14:43 06.06.2026
Oxunuş sayı: 70