Zelenski: Rusiya yenidən müharibəni seçir
Təəssüf ki, Rusiya yenidən müharibəni seçir.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Təəssüf ki, Rusiya yenidən müharibəni seçir - bu gün hamı cavabı eşitdi. Zəif cavab. O(Rusiya prezidenti Vladimir Putin), sadəcə müharibəni bitirmək istəmir. Düşünürəm ki, dünyada bir çox insan bu cavabdan məyus olub. O, heç nəyi dəyişdirmək istəmir və müharibəsindən yalnız özü və ondan pul qoparanlar zövq aldığını etiraf etməkdən imtina edir - bu gün hamısı gülümsəyirdi. Bu o deməkdir ki, Rusiyanın daha az pulu olmalı və ölkəyə təzyiq artmalıdır"-deyə, o bildirib.
21:27 05.06.2026
Oxunuş sayı: 57