Livan SEPAH-ı atəşkəs razılaşmasını pozmaqda ittiham edib
Livanın atəşə tutulması davam etdiyi müddətcə heç bir diplomatik səy nəticə verməyəcək, baxmayaraq ki, Beyrut ən optimal yol kimi diplomatiyanı seçib.
Crossmedia.az xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam bildirib.
Baş nazir İran rəhbərliyini ölkənin cənub bölgələrini və sakinlərini xarici siyasət danışıqlarında təzyiq aləti kimi istifadə etməyi dayandırmağa çağırıb: “İran cənubumuza rəhm etməli və öz danışıqlar şərtlərini yaxşılaşdırmaq üçün ondan bir kozır kimi istifadə etməkdən vaz keçməlidir”.
Salam əlavə edib ki, daha əvvəl tərəflər atəşkəs razılaşması əldə etsələr də, Tehranın mövqeyi bu prosesi əngəlləyib.
Onun sözlərinə görə, SEPAH bu razılaşmaya əməl etməkdən imtina edən ilk tərəf olub.
Baş nazir Livan xalqının İsrail və Hizbullah arasındakı qarşıdurmadan yorulduğunu vurğulayıb.
20:10 05.06.2026
Oxunuş sayı: 44