İran millət vəkili: İsrailin hücumları davam edərsə, ....
İsrailin hücumları davam edərsə, Bab əl-Məndəb boğazını bağlayacağıq.
Crossmedia.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Hacı Babayi deyib.
O İran parlamentində Hörmüz boğazından keçən gəmiçiliyin tənzimlənməsi ilə bağlı planların müzakirə olunduğunu və bu istiqamətdə güclü qətnamə qəbul edilə biləcəyini qeyd edib.
Babayi vurğulayıb ki, uranın zənginləşdirilməsi İran xalqının hüququdur və bu məsələ heç bir halda danışıqlar mövzusu ola bilməz.
O İranın strateji təsir imkanlarına toxunaraq Hörmüz boğazının regionda ən güclü vasitələrdən biri olduğunu deyib.
20:04 05.06.2026
Oxunuş sayı: 44