Putin Zelenskinin məktubundan danışdı: Ona baxmağa vaxtım yox idi
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskinin məktubunu qısaca nəzərdən keçirib .
Crossmedia.az xəbər verir ki, bunu Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı açıqlayıb.
“Dünən mətbuat katibi cənab Dmitri Peskov mənə bu məktubu göstərdi, amma bizim Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə işgüzar görüşümüz — şam yeməyimiz oldu. Düzünü desəm, ona baxmağa vaxtım yox idi. Bu səhər Peskov yenə də eyni kağızı mənə verdi və mən də ona baxdım" - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, daha əvvəl Zelenskinin açıq məktubu dərc olunmuşdu və o, Putindən şəxsi görüşün tarixini təyin etməsini xahiş etmişdi. Zelenski potensial yerlər kimi ənənəvi olaraq müharibə və sülh məsələlərini həll etmək üçün liderlərə ev sahibliyi edən İsveçrə, Türkiyə və ərəb ölkələrini təklif etmişdi.
19:45 05.06.2026
Oxunuş sayı: 45