Hakerlər İnstaqram hesablarını kütləvi şəkildə sındırıblar
Hakerlər Meta-nın süni intellekt köməkçisində boşluq aşkar ediblər və bu, onlara sahibinin razılığı olmadan hesablara tam giriş imkanı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Onlar səhifə sahibini təqlid ediblər, əlaqəli elektron poçt ünvanını çatbot vasitəsilə dəyişdiriblər və parolu sıfırlayıblar.
Sxem ictimaiyyətə açıqlandıqdan sonra Meta boşluğu düzəldib. Lakin neçə hesabın sındırıldığı məlum deyil.
Təsirə məruz qalan hesablar arasında ABŞ-nin keçmiş prezidenti Barak Obama, məşhur Sephora şəbəkəsi və ABŞ Kosmik Qüvvələri ilə əlaqəli hesablar var.
18:38 05.06.2026
Oxunuş sayı: 57