Rumıniyanın Konstansa limanı yaxınlığında partlayış baş verib
Rumıniyanın Konstansa limanı yaxınlığında güclü partlayış qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, partlayışdan bir qədər əvvəl ərazidə dəniz qüvvələrinə məxsus pilotsuz uçuş aparatını xatırladan obyekt müşahidə olunub.
Məlumata əsasən, hadisə yerinə fövqəladə hallar və təhlükəsizlik xidmətləri cəlb edilib. Ərazi tam mühasirəyə alınıb və mütəxəssislər partlayışın səbəblərini araşdırırlar.
Rəsmi qurumlar hadisə ilə bağlı hələlik əlavə açıqlama verməyib.
17:18 05.06.2026
Oxunuş sayı: 47