Durovdan Rusiyaya ağır sözlər: İnterneti məhv etdiniz
"Telegram" messencerinin təsisçisi Pavel Durov Rusiyadakı internet məhdudiyyətlərini kəskin tənqid edib.
O bildirib ki, tətbiq olunan bloklamalar Rusiyanı bəyan edilən "rəqəmsal suverenlik" hədəfindən yalnız uzaqlaşdırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Durov ölkədəki rəqəmsal siyasətə cavabdeh olan şəxslərin fəaliyyətini ironiya ilə şərh edərək qeyd edib:
"'Rəqəmsal suverenlik' bəhanəsi ilə interneti sıradan çıxaran və ölkəni onilliklərlə geriyə atan rusiyalı məmur ABŞ-nin milli təhlükəsizlik medalına layiqdir."
Fidan
Məmməd-zadə
18:00 05.06.2026
Oxunuş sayı: 57