Əməliyyat olunan Afaq Bəşirqızı danışdı: Olduqca riskli idi
Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. Həkimlər onun durumunun yaxşı olduğunu bildiriblər.
A.Bəşirqızı keçirdiyi əməliyyatla bağlı Crossmedia.az-a açıqlama verib.
Xalq artisti hazırda səhhətinin yaxşı olduğunu, lakin olduqca riskli əməliyyat keçirdiyini bildirib: "Olduqca ağır əməliyyat idi. Mənim sağalmağımda əməyi olan bütün tibbi personala minnətdaram. Əməliyyat olduqca riskli idi, göydə Allah, yerdə tibbi personalın köməyi ilə əməliyyatım uğurla başa çatdı. Buna görə də həkimlərə eləcə də məni maraqlanan hər kəsə minnətdaram".
Xalq artisti, həmçinin hazırda səhhətinin yaxşı olduğunu bildirib: "Şükürlər olsun hər şey qaydasındadır. Artıq özümü çox yaxşı hiss edirəm".
Elmir
16:16 05.06.2026
Oxunuş sayı: 55