Lavrovdan Zelenskiyə cavab: Heç bir məktub almamışıq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən diplomatik kanallarla göndərilmiş heç bir məktub almayıb.
Crossmedia.az xəbər verir ki, Lavrovun sözlərinə görə, bu barədə yayılan məlumatlar rəsmi diplomatik prosedurlarla təsdiqlənməyib və Rusiya tərəfinə hər hansı sənəd təqdim olunmayıb.
Nazir qeyd edib ki, Moskva yalnız rəsmi dövlətlərarası kommunikasiya mexanizmləri çərçivəsində daxil olan müraciətləri nəzərə alır.
17:08 05.06.2026
Oxunuş sayı: 56