Peskov: Uitkoff və Kuşnerin Moskvaya səfəri planlaşdırılmır
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, yaxın vaxtlarda ABŞ-li nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfəri planlaşdırılmır.
Crossmedia.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda belə bir səfərlə bağlı rəsmi razılaşma və ya hazırlıq prosesi yoxdur.
Kreml sözçüsü bununla bağlı mediada yayılan məlumatları şərh edərək bildirib ki, Rusiya tərəfi yalnız rəsmi kanallar vasitəsilə təsdiqlənmiş təmaslar barədə məlumat verir.
16:52 05.06.2026
Oxunuş sayı: 54