Makron: Avropa Rusiya ilə təhlükəsizlik və mehriban qonşuluq məsələləri üzrə dialoqda maraqlıdır
Avropa ölkələri Rusiya ilə təhlükəsizlik və mehriban qonşuluq siyasəti məsələləri üzrə dialoqun qurulmasında maraqlıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron açıqlama verib.
Makron bildirib ki, Avropa qitəsində sabitliyin və təhlükəsizliyin təmin olunması üçün Rusiya ilə qarşılıqlı əlaqələrin müəyyən formatda davam etdirilməsi vacibdir. Onun sözlərinə görə, Avropa tərəfi təhlükəsizlik və mehriban qonşuluq siyasəti ilə bağlı məsələlər üzrə Moskva ilə dialoqun qurulmasında maraqlıdır.
Fransa lideri qeyd edib ki, bu cür təmaslar regional təhlükəsizlik məsələlərinin müzakirəsi və gələcək əməkdaşlıq imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.
16:28 05.06.2026
Oxunuş sayı: 46