Moskva azərbaycanlı dənizçilərin ölümü ilə bağlı Bakıya başsağlığı verib
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində həlak olan azərbaycanlı dənizçilərin ailələrinə və yaxınlarına başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, Qaluzin bildirib ki, Rusiya Qara dəniz və Aralıq dənizi hövzəsində mülki gəmilərə qarşı həyata keçirilən hücumlarla bağlı vəziyyəti yaxından izləyir.
“Biz yaxşı bilirik ki, Qara dənizdə və hətta Aralıq dənizində dinc mülki gəmilərə hücum etmək üçün kimin hava və dəniz pilotsuz təyyarələrindən istifadə edir”, – deyə o qeyd edib.
Rusiya rəsmisi hadisə ilə bağlı əlavə araşdırmaların davam etdiyini də vurğulayıb.
15:03 05.06.2026
Oxunuş sayı: 47