İran Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib
İran İsrailin Livanda “Hizbullah”a qarşı hücumlarını davam etdirəcəyi təqdirdə Bab əl-Məndəb boğazını bağlaya biləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran parlamenti sədrinin müavini Həmidrza Hacı Babayi açıqlama verib.
Onun sözlərinə görə, ABŞ və İsrailə təzyiq göstərilən zaman bu ölkələr “Hizbullah”ın mövqelərinə hücum edirlər.
“Əgər bu hücumlar dayanmasa, biz zərbə endirəcək və Bab əl-Məndəb boğazını bağlayacağıq”, – deyə Hacı Babayi bildirib.
O, həmçinin Vaşinqtonun İranın nüvə silahı əldə etməsi ilə bağlı narahatlıqlarına münasibət bildirərək qeyd edib ki, “İranın ən güclü atom bombası Hörmüz boğazıdır”.
İranlı siyasətçinin sözlərinə görə, uranın zənginləşdirilməsi ölkənin ayrılmaz hüququdur və bu məsələ “heç vaxt danışıqlar predmeti olmayacaq.
Zeynəb Həsən
15:26 05.06.2026
Oxunuş sayı: 43