İranda Hörmüz boğazı ilə bağlı qanun layihəsi parlamentə təqdim edildi
İran parlamentinin üzvü Əli Babayi Karnayi Hörmüz boğazının idarə olunması ilə bağlı üçüncü təcili kateqoriyalı qanun layihəsinin parlamentə təqdim edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Millət vəkilinin sözlərinə görə, qanun layihəsi qəbul edilərsə, İrana Hörmüz boğazı üzərində iqtisadi, sosial və təhlükəsizlik sahələrində daha geniş səlahiyyətlər veriləcək.
Sənəddə boğazla bağlı nəqliyyat axınlarının və digər fəaliyyətlərin vahid çərçivədə tənzimlənməsi, eləcə də inteqrasiya olunmuş nəzarət mexanizminin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin ən strateji marşrutlarından biri hesab olunur və qlobal neft daşımalarının əhəmiyyətli hissəsi bu su yolu vasitəsilə həyata keçirilir.
Müşahidəçilər bildirirlər ki, qanun layihəsinin gündəmə gətirilməsi Tehran və Vaşinqton arasında aparılan danışıqlarda Hörmüz boğazı məsələsinin əsas müzakirə mövzularından birinə çevrildiyi dövrə təsadüf edir.
15:10 05.06.2026
Oxunuş sayı: 52