Millət vəkillərindən Xameneiyə müraciət: ABŞ-ni vuracaq raket hazırlanmalıdır
İranda bir qrup millət vəkili ölkənin ali rəhbəri Müctəba Xameneiyə müraciət edərək müdafiə və raket proqramının genişləndirilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, “Əsr İran” nəşrinin məlumatına görə, ümumilikdə 85 parlament üzvünün imzaladığı müraciətdə İranın uzunmənzilli raket imkanlarının artırılması və müdafiə sənayesinin gücləndirilməsi zərurəti vurğulanır.
İmzayanlar arasında İranın sabiq xarici işlər naziri Mənuçöhr Möttəki də yer alır.
Müraciətdə ABŞ ilə aparılan danışıqlara skeptik yanaşma ifadə olunur və ölkənin müdafiə potensialının daha da gücləndirilməsinin vacibliyi qeyd edilir. Deputatlar raket proqramının inkişafının “təhlükəsizlik və çəkindirmə” məqsədi daşıdığını bildiriblər.
Hadisə İran daxilində ABŞ ilə münasibətlər və təhlükəsizlik strategiyası ətrafında siyasi müzakirələrin yenidən intensivləşdiyini göstərir.
15:18 05.06.2026
Oxunuş sayı: 48