Oman limanında partlayış olub
Omanın Mina əl-Fəhal neft terminalında səhər saatlarında baş verən partlayışdan sonra xam neftin yüklənməsi əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, hadisə terminalın 1 və 2 nömrəli körpüləri arasında qeydə alınıb.
İlkin ehtimallara əsasən, partlayışın pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilmiş mümkün hücum nəticəsində baş verdiyi bildirilir.
Hadisədən sonra limanda neft yüklənməsi tamamilə dayandırılıb və təhlükəsizlik xidmətləri ərazidə araşdırmalara başlayıb.
Beynəlxalq mediaya istinadən xəbər verilir ki, hadisə zamanı bir neçə supertanker liman yaxınlığında gözləmə vəziyyətində olub. Məlumatlar Reuters agentliyinə istinadən yayılıb. Gəmiçilik üzrə məlumat sisteminin LSEG məlumatına əsasən isə hadisə bölgədə logistikanın müvəqqəti pozulmasına səbəb ola bilər.
Hadisənin detalları və mümkün səbəbləri ilə bağlı rəsmi araşdırma davam edir.
14:35 05.06.2026
Oxunuş sayı: 54