Trampın masasına gedən bu sənəd Moskvanı narahat etdi
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini və Ukraynaya dəstəyin genişləndirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sənədin lehinə 226 konqres üzvü, əleyhinə isə 195 nəfər səs verib. Qanun layihəsində Ukraynanın bərpası üçün xüsusi fondun yaradılması, hərbi yardımın artırılması və Kiyevə dəstək proqramlarının 2027-ci ilə qədər uzadılması nəzərdə tutulur.
Bundan əlavə, sənəd ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək səlahiyyətlərini genişləndirir. Buraya aktivlərin dondurulması, ixrac məhdudiyyətləri və digər iqtisadi tədbirlər daxildir.
Qanuna həmçinin ümumilikdə 9 milyard dollarlıq yardım paketi daxil edilib. Bu məbləğin 1 milyard dolları hərbi yardım, 8 milyard dolları isə digər maliyyə öhdəlikləri üçün nəzərdə tutulub.
Qanun layihəsinin qüvvəyə minməsi üçün onun ABŞ Senatı tərəfindən təsdiqlənməsi və Prezident Donald Tramp tərəfindən imzalanması tələb olunur.
13:55 05.06.2026
Oxunuş sayı: 47