Lavrov Paşinyanı referendum keçirməyə çağırdı: Sözlərinizə görə məsuliyyət daşıyın
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan hakimiyyətini ölkənin Avropa İttifaqına inteqrasiyası məsələsində mövqeyini aydınlaşdırmağa çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrov bildirib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı qanunun qəbul edilməsi rəsmi İrəvanın bu məsələni artıq açıq şəkildə gündəmə gətirdiyini göstərir.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan seçki kampaniyası dövründə ölkənin gələcək geosiyasi seçimi ilə bağlı vətəndaşlara alternativ təqdim edilməsinin vacibliyini vurğulamışdı.
“Əgər bu doğrudursa, alternativlər xalqa təqdim olunmalı və referendum keçirilməlidir. Avropa İttifaqına rəsmi üzvlüklə bağlı qanun artıq qəbul edilib. Əgər belə bir qanun varsa, deməli, siz özünüz bu sualı açıq şəkildə qoymusunuz. O zaman gəlin sözlərimizə görə məsuliyyət daşıyaq və xalqa müraciət edək”, – Lavrov deyib.
Rusiya rəsmisi hesab edir ki, Ermənistanın xarici siyasi kursu ilə bağlı yekun qərar ölkə vətəndaşlarının iradəsi əsasında verilməlidir.
13:47 05.06.2026
Oxunuş sayı: 47