Ermənistanı çətin seçim gözləyir: qaz qiymətləri ölkəni milyardlıq yük altında qoya bilər
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Ermənistan qaz tədarükü üçün əlavə təxminən 1 milyard dollar vəsait tapmalı ola bilər.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, qazın birja qiymətləri 600 dollar ətrafında dəyişir və 800 dollara qədər yüksələ bilər.
Şevtsov qeyd edib ki, Ermənistan Rusiyadan illik təxminən 2,3 milyard kubmetr qaz idxal edir və mövcud qiymətlərin artması ölkənin enerji xərclərini ciddi şəkildə yüksəldə bilər.
O, hesablamalara əsaslanaraq, İrəvanın əlavə maliyyə yükü ilə üzləşə biləcəyini vurğulayıb.
13:20 05.06.2026
Oxunuş sayı: 53