İrana qarşı sanksiyalar fonunda neft ixracı kəskin azalıb
ABŞ-nin sanksiyaları və blokadası fonunda İranın neft ixracında kəskin azalma qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, “Lloyd’s List” gəmiçilik jurnalının məlumatına görə, may ayında İranın xam neft ixracı əvvəlki ayla müqayisədə 84% azalıb və bu göstərici son 12 aylıq orta səviyyədən 87% aşağı olub.
Məlumata əsasən, bu azalma ABŞ-nin İranın neft ixracı şəbəkəsinə təzyiqlərinin güclənməsi və regionda daşımaların dayanması ilə əlaqələndirilir.
Həmçinin bildirilir ki, Tehran neft daşınması üçün daha çox kiçik tutumlu tankerlərdən istifadə etməyə başlayıb, çünki iri həcmli VLCC tipli tankerlər ABŞ qüvvələrinin müdaxilə riski ilə daha çox üzləşir.
12:55 05.06.2026
Oxunuş sayı: 55