Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni dəstəkləyib
Azərbaycan BMT Baş Assambleyasında Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, “Abxaziya və Tsxinvali bölgəsi Cənubi Osetiyadan olan qaçqınların və məcburi köçkünlərin statusu haqqında” adlı sənəddə bütün qaçqın və məcburi köçkünlərin Gürcüstanın işğal altında olan ərazilərinə qayıtmaq hüququ təsdiqlənib.
Qeyd edək ki, Gürcüstanla bağlı bu qətnamə 2008-ci ildən etibarən hər il BMT Baş Assambleyasında qəbul edilir. Azərbaycan da həmin vaxtdan sənədin lehinə səs verir.
10:45 05.06.2026
Oxunuş sayı: 49