Rays: İranla pis saziş bağlamaqdansa, sazişsiz qalmaq daha yaxşıdır
ABŞ-nin keçmiş dövlət katibi Kondoliza Rays Vaşinqtonun İranla nüvə sazişi əldə etmək üçün Tehrana tələsik güzəştlərə getməməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
O söyləyib ki, son müharibədən sonra İran əhəmiyyətli dərəcədə zəifləyib. Raysın fikrincə, mövcud şəraitdə "sazişin olmaması" "pis saziş" bağlamaqdan daha yaxşıdır.
Həmçinin,vurğulayıb ki, müharibə İranda rejim dəyişikliyinə səbəb olmasa da, ölkənin hərbi, regional və nüvə potensialına ciddi zərbə vurub. Bununla yanaşı, ABŞ, İsrail və bəzi ərəb ölkələri üçün mühüm strateji üstünlüklər yaradıb.
Raysın sözlərinə görə, İranın silahlı qüvvələrinə, raket arsenalına və regiondakı proksi qüvvələr şəbəkəsinə dəyən zərər Tehranın bölgədəki təsir imkanlarını məhdudlaşdırıb.
Məqalədə həmçinin qeyd olunub ki, müharibə ABŞ, İsrail və ərəb ölkələri arasında müdafiə və kəşfiyyat sahəsində əməkdaşlığı gücləndirib, İsrailin təhlükəsizliyini isə son illərin ən yüksək səviyyəsinə yüksəldib.
08:52 05.06.2026
Oxunuş sayı: 41