Tramp Zelenski ilə Putinin görüşünü dəstəklədi: Bu məsələ həll olunmalıdır
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə təkbətək görüşmək istəyinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, jurnalistin Zelenskinin Putinə məktub yazaraq birbaşa görüş təklif etməsi ilə bağlı sualını cavablandıran Tramp tərəflərin görüşünü müsbət qiymətləndirib.
“Mən düşünürəm ki, onların görüşməsi çox yaxşı olardı. Onlar bu məsələni həll etməlidirlər”, - o bildirib.
08:15 05.06.2026
Oxunuş sayı: 47