Kreml Zelenskinin məktubuna reaksiya verdi: Moskvaya gələ bilər
Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubla tanış olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, əgər Zelenski danışmaq istəyirsə, istənilən vaxt Moskvaya gələ bilər.
Peskov məktubun Kreml tərəfindən görüldüyünü və onun məzmununun məlum olduğunu qeyd edib.
08:50 05.06.2026
Oxunuş sayı: 50