Zelenskinin Putinə məktubu diplomatik kanallarla Moskvaya göndəriləcək
Ukrayna Prezidentinin Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktub diplomatik kanallar vasitəsilə Moskvaya göndəriləcək.
Crossmedia.az bildirir ki, bu barədə məlumatı xarici media yayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazıb ki, Kiyev bu təklifə məzmunlu cavab gözləyir.
“Bu müharibəni başa çatdırmağın vaxtıdır. Sülhü seçməyin vaxtıdır”, - o qeyd edib.
08:30 05.06.2026
Oxunuş sayı: 46