Paşinyan: NATO standartlı 155 mm-lik mərmiləri özümüz istehsal edirik
Ermənistanın Baş naziri Nikol Paşinyan RISE Expo sərgisində çıxışı zamanı ölkənin NATO standartlarına uyğun 155 millimetrlik artilleriya mərmilərini artıq özü istehsal etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Paşinyanın sözlərinə görə, bu mərmilər Ermənistan artilleriyasının əsas zərbə qüvvəsinə çevrilib.
“Bizə satmayacaqlarsa, özümüz istehsal edəcəyik”, - o qeyd edib.
08:45 05.06.2026
Oxunuş sayı: 51