SEPAH: Biz Küveyt hava limanının terminalına hücum etməmişik
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayaraq Küveyt beynəlxalq hava limanının sərnişin terminalına hücum etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, SEPAH nümayəndəsi Hüseyn Mohebbi qeyd edib ki, aparılan yoxlamalara əsasən İran qüvvələrinin həmin obyektə raket zərbəsi endirməsi iddiaları doğru deyil.
Onun sözlərinə görə, terminalda qeydə alınan zədələrin ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verə biləcəyi iddia olunur.
Qeyd edək ki, bu açıqlamalar tərəflər arasında gərginlik fonunda yayılıb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
12:37 04.06.2026
Oxunuş sayı: 52