Aİ “Aspides” missiyasını Hörmüz boğazına yönəltməyi təklif edir
Avropa İttifaqı Qırmızı dənizdə fəaliyyət göstərən “Aspides” dəniz missiyasının Hörmüz boğazına yönəldilməsini təklif edir.
Crossmedia.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, Aİ Şurasının qətnamə layihəsində missiyanın bölgədə mina təmizləmə və dəniz təhlükəsizliyinin təmin edilməsində əsas rol oynaması nəzərdə tutulur.
Sənəddə bildirilir ki, şərait imkan verdiyi halda “Aspides” missiyası Hörmüz boğazında da fəaliyyət göstərə bilər və bu, Aİ-nin beynəlxalq dəniz təhlükəsizliyi səylərinə töhfə olacaq.
Təklifin iyun ortasında Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcəyi gözlənilir.
12:10 04.06.2026
Oxunuş sayı: 59