Rusiyada dronların daşınması üçün aerostatlar sınaqdan keçiriləcək
Rusiyada xüsusi hərbi əməliyyat zonasında dronların və aviasiya bombalarının çatdırılması üçün aerostatların sınaqdan keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat verib.
Məlumata görə, yeni sistemlərin məqsədi pilotsuz uçuş aparatlarının və hərbi yüklərin daha effektiv şəkildə daşınmasını təmin etməkdir. Texnologiyanın sınaq mərhələsində olduğu bildirilir.
08:27 04.06.2026
Oxunuş sayı: 46