Rusiyada tibb təhsili almaq istəyənlərin NƏZƏRİNƏ
Rusiyada 2026-cı ildə tibb universitetlərində büdcə əsasında təhsil almaq üçün ayrılan yerlərin sayı artırılacaq.
Crossmedia.az TASS-a istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Mixail Muraşko bildirib.
Nazirin sözlərinə görə, builki qəbul kampaniyasında tibb ixtisasları üzrə 30 mindən çox büdcə yeri ayrılacaq. Rezidentura üzrə isə bu göstərici 20 minə yaxın olacaq.
Muraşko qeyd edib ki, ötən illə müqayisədə büdcə yerlərinin sayında artım müşahidə olunur.
Qeyd edək ki, Rusiyada ali təhsilin bütün pillələri üzrə universitetlərə sənəd qəbulu iyunun 20-dən başlayacaq.
07:50 04.06.2026
Oxunuş sayı: 52