Karapetyan: Təzyiq və təqiblərin olacağını bilirdik
Bu proses başlamazdan əvvəl hamımız hakimiyyət tərəfindən təzyiq və təqiblərin olacağını bilirdik, amma hamımız vətənimiz və xalqımız naminə sona qədər gedəcəyimizlə razılaşmışdıq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Güclü Ermənistan" blokuna rəhbərlik edən Narek Karapetyan iyunun 3-də İrəvanda jurnalistlərlə söhbətində bildirib.
O, komandanın hakimiyyət orqanlarının təzyiqinə və əsas fiqurların cinayət məsuliyyətinə cəlb olunmasına tam hazır olduğunu vurğulayıb.
"Buna görə də, iştirakçılardan hər hansı biri təcrid olunarsa, əvəzedicilər əvvəlcədən hazırlanmışdı ki, qalib finala qədər olan günlərdə seçki kampaniyası bir dəqiqə belə kəsilməsin"-deyə, o bildirib.
00:30 04.06.2026
Oxunuş sayı: 45