Rusiya XİN: Ermənistanla qardaşlıq münasibətlərini qoruyub saxlamağı gözləyirik
Moskva Ermənistanın Rusiya ilə münasibətlərini gücləndirmək üçün tarixi cəhətdən düzgün seçim etməsini gözlədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, son hadisələr İrəvanın gələcək kursunu müəyyənləşdirməli olduğunu göstərir.
Ryabkov Rusiyanın Ermənistanla ənənəvi və qardaşlıq münasibətlərini qoruyub saxlamağı gözlədiyini vurğulayıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan vətəndaşlarının seçkilərdə ölkələrini xilas etməli olduqlarını bildirmişdi. O, Moskvanın heç vaxt erməni xalqına qarşı hərəkət etmədiyini, əksinə dəstəklədiyini və kömək etdiyini iddia etmişdi.
21:30 03.06.2026
Oxunuş sayı: 66