İran Çin ilə iqtisadi blok səviyyəsində koordinasiyanı gücləndirir
İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Pekin ilə münasibətlərə vahid yanaşma hazırlamaq üçün əsas nazirlər və Mərkəzi Bankın rəhbəri ilə görüş keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Tehranın Çinə qarşı siyasətindəki dəyişikliklər, eləcə də ikitərəfli əməkdaşlığın problemli məsələləri və perspektivləri müzakirə olunub.
Görüşün yekununda iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə konkret təkliflərin hazırlanması qərara alınıb.
20:45 03.06.2026
Oxunuş sayı: 54