Küveyt XİN İran diplomatlarını ölkədən çıxarır
Küveyt Xarici İşlər Nazirliyi İranın dron və raketlərinin Küveyt Beynəlxalq Hava Limanına endirdiyi zərbələr nəticəsində bir nəfərin ölümü və bir neçə nəfərin yaralanmasından sonra İranın müvəqqəti işlər vəkili vəzifəsini icra edən şəxsi çağırıb və ona etiraz notası təqdim edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hakimiyyət, həmçinin İran səfirliyinin işçilərinin sayını azaltmaq və iki diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Nazirliyin məlumatına görə, İran diplomatı ilə görüş zamanı "Küveyt ərazisinin və ya hava məkanının istənilən ölkəyə qarşı düşmənçilik hərəkətləri üçün istifadəsinin qəti şəkildə rədd edilməsi" ifadə edilib.
Küveyt, həmçinin Tehranın ABŞ tərəfindən İrana hücum üçün ərazisinin istifadə edildiyi iddialarını da rədd edib.
19:46 03.06.2026
Oxunuş sayı: 51