Tramp Xameneyi ilə görüşməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə silahına sahib olmamağa razılıq verib. O, həmçinin əlavə edib ki, İranın ali lideri Vaşinqtonla aparılan danışıqlarda iştirak edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ötən gün yayımlanan "Pod Force One" proqramına verdiyi müsahibədə Tramp, İran liderinin danışıqlara razılıq verdiyini bildirib və qeyd edib ki, yəqin ki, müəyyən bir vaxtda onunla şəxsən görüşəcək.
Fidan Məmməd-zadə
17:20 03.06.2026
Oxunuş sayı: 57