KTMT baş katibi: Ermənistanın təşkilatdan çıxışına xalq və rəhbərlik qərar verməlidir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-nın baş katibi Ermənistanın təşkilatdan mümkün çıxışı ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, O bildirib ki, bu məsələdə qərarı Ermənistan xalqı və ölkə rəhbərliyi verməlidir.
Baş katibin sözlərinə görə, KTMT Ermənistanla əməkdaşlıq məsələlərini diqqətlə izləyir və təşkilat üzv ölkələrlə münasibətlərin qorunmasında maraqlıdır.
Açıqlama Ermənistanın son dövrlərdə KTMT ilə münasibətlərində yaranan gərginlik fonunda səsləndirilib.
17:36 03.06.2026
Oxunuş sayı: 49