Çində PUA-lar üçün yeni radaruducu örtük təqdim edilib
Çinin "Star-Navi" şirkəti pilotsuz uçuş aparatları üçün yeni radaruducu örtük seriyasını təqdim edib.
Crossmedia.az xəbər verir ki, şirkətin açıqlamasına görə, yeni örtüklər pilotsuz uçuş aparatlarının radarlar tərəfindən aşkarlanma ehtimalını azaltmaq məqsədi daşıyır.
Bildirilir ki, texnologiya müxtəlif tip PUA-ların görünməzlik xüsusiyyətlərini artırmağa yönəlib.
Məlumata əsasən, təqdim olunan sistemlər həm hərbi, həm də xüsusi təyinatlı pilotsuz aparatlarda istifadə üçün nəzərdə tutulub.
Şirkət yeni məhsulun texniki imkanları və tətbiq sahələri ilə bağlı əlavə məlumatların yaxın vaxtlarda açıqlanacağını bildirib.
17:28 03.06.2026
Oxunuş sayı: 43