Rusiyanın yoxlamalarından keçə bilməyən Ermənistan məhsulları barədə YENİ DETALLAR
Rusiyanın keyfiyyətə nəzarət qurumu olan “Roskaçestvo” əvvəllər Ermənistandan idxal edilən müxtəlif kateqoriyalı məhsullarda müəyyən çatışmazlıqlar aşkar etdiyini, lakin istehsalçıların bu problemləri operativ şəkildə aradan qaldırdığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Roskaçestvo”nun rəhbəri Maksim Aleksandroviç Protasov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, qurum məhsulların yoxlanılmasını istehsal olunduğu ölkəyə görə deyil, istehlakçıların konkret məhsul kateqoriyalarına göstərdiyi maraq əsasında həyata keçirir.
Qeyd olunub ki, aparılan araşdırmalar zamanı aşkarlanan nöqsanların əksəriyyəti istehsalçılar tərəfindən qısa müddətdə aradan qaldırılıb. Roskaçestvo məhsulların keyfiyyətinə nəzarəti davam etdirdiyini bildirib.
16:45 03.06.2026
Oxunuş sayı: 51