Gərginlik artır: Küveytdə ABŞ qüvvələri hədəfə alınıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Küveytdə yerləşən ABŞ hərbi qüvvələrinə qarşı dron hücumu cəhdinin qarşısının alındığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, İran tərəfindən buraxıldığı iddia edilən pilotsuz uçuş aparatları ABŞ qüvvələrinə zərbə endirməyə çalışsa da, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib və hədəflərə çatmayıb. Bildirilir ki, şəxsi heyət və hərbi texnika zərər görməyib.
Digər tərəfdən, “Sabereen News” üç ballistik raketin Küveytdəki ABŞ hədəflərinə düşdüyünü iddia edib.
Hadisələrlə bağlı rəsmi tərəflərdən ziddiyyətli məlumatlar yayılır və vəziyyətin dəqiqləşdirilməsi davam edir.
12:40 03.06.2026
Oxunuş sayı: 44