Zelenski: Uzaqmənzilli əməliyyatlar plan üzrə davam edir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin uzaqmənzilli zərbələrinin nəticələri barədə açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Zelenski gecə saatlarında Rusiya ərazisində yerləşən bir sıra mühüm obyektlərin hədəf alındığını bildirib.
Onun sözlərinə görə, zərbələr arasında Ukrayna sərhədindən təxminən 1100 kilometr uzaqlıqda yerləşən Sankt-Peterburq Neft Terminalı, həmçinin Kronştadt hərbi bazasındakı obyektlər yer alıb.
Prezident qeyd edib ki, Tambov vilayətində yerləşən və Rusiya silahlarının istehsalında iştirak edən müəssisə də hücuma məruz qalıb. Bildirilib ki, həmin obyekt cəbhə xəttindən təxminən 600 kilometr məsafədə yerləşir.
Zelenski hücumların nəticələrini şərh edərkən, “Döyüşçülərimizə dəqiqliyə görə təşəkkür edirəm. Ukraynanın uzaqmənzilli sanksiyalar planı sülhün yaxınlaşdırılması üçün məhz lazım olduğu kimi həyata keçirilir. Yaşasın Ukrayna!” ifadələrini işlədib.
Rusiya tərəfi isə hələlik məlumatla bağlı rəsmi açıqlama verməyib.
12:24 03.06.2026
Oxunuş sayı: 42