Saratovda Azərbaycan vətəndaşını işə götürən kafe bağlanıb
Rusiyanın Saratov vilayətində yerləşən kafe miqrasiya qanunvericiliyinin pozulmasına görə bağlanıb.
Crossmedia.az xəbər verir ki, Saratov vilayətinin Yerşov rayonunda yol kənarında fəaliyyət göstərən kafedə yoxlamalar aparılıb və müəssisənin qaydaları pozduğu müəyyən edilib.
Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, kafenin sahibi miqrasiya qanunlarını pozaraq Azərbaycan vətəndaşını işə götürdüyü üçün obyektin fəaliyyəti dayandırılıb.
Hadisə ilə bağlı sahibkar barəsində cinayət işi açıldığı bildirilir.
11:53 03.06.2026
Oxunuş sayı: 49